Rusiyaya məxsus 14 pilotsuz uçuş aparatı vurulub

Rusiyaya məxsus 14 pilotsuz uçuş aparatı vurulub

Ukrayna Odessada Rusiyaya məxsus İran istehsalı 14 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın Cənub Komandanlığı Rusiyanın gecə saatlarında İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatının Odessaya hücum etdiyini bildirib.

Açıqlamada Azov dənizinin şərq sahilindən göndərilən 17 PUA-dan 14-nün məhv edildiyi vurğulanıb.

Açıqlamada pilotsuz uçuş aparatlarından birinin Odessa vilayətində müəssisələrdən birini hədəf alması nəticəsində yanğının baş verdiyi bildirilib.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.

Bütün xəbərlər Facebook səhifəmizdə