"Makron istefa verərək hakimiyyətdən getməlidir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Makron istefa verərək hakimiyyətdən getməlidir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Artıq aylardır ki, Fransada əhali ayağa qalxıb. Buna səbəb isə pensiya islahatlarıdır. Belə ki, pensiya yaşı 60-dan 64-ə qaldırılıb və bunu parlamentsiz etdilər. Bu isə əhalinin haqlı narazılığına səbəb olub. Təkcə Parisdə deyil, digər böyük şəhərlərdə də gündəlik iğtişaş və mitinqlər keçirilir. Makronun hakimiyyəti fransız xalqının həddindən artıq narazılığına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, əhalinin həyat səviyyəsi, yaşayışı çətinləşib:
“Dünyada qaz və neftin qiymətinin artması da əhalinin vəziyyətinə öz təsirini göstərdi. Fransız xalqının gəlirləri artıq onların qazdan istifadəsinə imkan vermir. Bütün bunlar göstərir ki, Fransanın prezidenti Makron öz dövlətini idarə edə bilmir. Son dövrdə aparılan sorğular nəticəsində Makronun reytinqi son dərəcə aşağı düşüb, dövlət rəhbəri kimi nüfuzu qalmayıb. Bu baxımdan da hesab edirəm ki, iğtişaşlar davam edərsə, Makron istefa verərək hakimiyyətdən getməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə