NASA Ay missiyası üçün dörd astronavtın adını açıqlayıb

NASA Ay missiyası üçün dörd astronavtın adını açıqlayıb

Amerika kosmik agentliyi NASA “Artemis 2” missiyasının bir hissəsi olacaq dörd astronavtın adını açıqlayıb.

Onlar gələn il Aya gedəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, missiyaya amerikalılar Kristina Kuk, Viktor Qlover, Reid Uayzman və kanadalı Ceremi Hansen daxildirlər.

Astronavtlar 50 ildən çox müddətdə Aya yaxın uçan ilk insanlar olacaq. Onlar həmçinin yeni nəsil raketin və “Orion” kosmik kapsulunun göyərtəsində uçan ilk şəxslər olacaqlar. Ekipaj Aya enməyəcək, Yerin peyki ətrafında uçaraq “Orion”un işini yoxlayacaqlar.

Qeyd edək ki, NASA-nın mesajı ABŞ prezidenti Cozef Bayden tərəfindən müsbət qarşılanıb.

“...Aya astronavtların göndərilməsi kosmos tədqiqatçılarının gələcək nəslini ruhlandıracaq”.

Bayden deyib bunu.

Əgər “Artemis 2” missiyası uğurla başa çatarsa, bu halda ABŞ 2025-ci ildə Aya yeni ekipaj göndərəcək.

Onu da bildirək ki, əgər bu reallaşarsa, onda Kristina Kuk Yer peykinin səthini ziyarət edən ilk qadın olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə