Gürcüstan prezidenti müstəqil siyasi oyuna başlayır

Gürcüstan prezidenti müstəqil siyasi oyuna başlayır

Hökuməti getdikcə daha çox tənqid edən Gürcüstan prezidenti Salome Zurabişvili müstəqil siyasi oyuna başlayır.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bu barədə müxalif “Pirveli” telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, qadın deputatlara “vahid Avropayönlü cəbhə” yaratmağı təklif edir Zurabişvili, artıq onlarla danışıqlar aparır.

Litvaya səfəri zamanı Zurabişvilini İslahatlar Qrupunun deputatı Teon Akubardiyanın müşayiət etdiyini yazan Gürcüstan mediası, bundan başqa, Salome Samadaşvili, Ana Natsvlişvili və Xatuna Samnidze artıq prezidentlə eyin auditoriyada iştirak etdiklərini bildirib.

Qeyd edək ki, Zurabişvilinin Litvadan qayıdandan sonra başqaları ilə görüşəcəyi də istisna edilmir.

“Pirveli”, aprelin 18-də Zurabişvilinin Avropa Parlamentindəki çıxışı zamanı müxalif qadın siyasətçilərdən ibarət Gürcüstan nümayəndə heyətinin iştirak edəcəyini də güman edir.

Deyilənlərə görə, mart etirazlarının simvollarından birinə çevrilən Nana Malaşxiyanın da Gürcüstan prezidenti ilə Avropa Parlamentinə qatıla biləcəyi istisna edilmir,

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə