Ermənilər Mişanı Ermənistan vətəndaşı etsələr də, amma...

Ermənilər Mişanı Ermənistan vətəndaşı etsələr də, amma...

Budur, Ermənistanda əhali sayı bir nəfər də artıb. Belə ki, rusiyalı komik aktyor Mişa Qalustyan, çoxdan arzuladığı arzusuna çatıb,..yəni Ermənistan vətəndaşı olub.

SİA-nın əldə etdiyi məlumata görə, Qalustyan bununla bağlı necə sevindiyini ermənilərin “News.am” saytında elə vəsf etməklə, az qala erməni müxbiri də riqqətə gətirəcəkmiş.

Onun dediyinə görə, ...nəhayət ki, ədalət zəfər çalıb və o çoxdankı arzusuna çataraq, Ermənistan vətəndaşlığı alıb.

Mişa Qalustyanın dediyinə görə, bəzi ermənilərdən fərqli olaraq o, “ən dürüst və düzgün (deyim ki, bu ancaq ermənilərə xas olan bir haldır-A.B.) yolla gedərək, sənədlərini vicdanla təqdim edib” və nəticədə Ermənistanın arzuladığı pasportunu alıb.

Maraqlıdır ki, hazırda bəzi (üzdəniraq?) İrəvan erməniləri Qalustyanın bu "səmimiyyətinə" tərəddüd və təəccüb nümayiş etdirirlər.

Deyim ki, əslində doğru da edirlər.

Belə ki, onlar, İrəvan ermənilərini deyirəm, bu gün Qalustyanın Rusiyadakı həm səfərbərlik, həm də şəxsi sanksiyalardan qorunmaq üçün Ermənistan vətəndaşlığını aldığını bildirirlər.

Ermənilərin ehtimalına görə, sabah Rusiyada vəziyyət bir az düzələn və Ermənistanda isə əksinə, pisləşən kimi Qalustyan da eyni şəkildə Ermənistan vətəndaşlığından imtina edəcək.

“Bəli, ikili vətəndaşlıq, amma bu mahiyyəti dəyişmir - əgər Rusiya Federasiyasında o, ümumi səfərbərliyə götürülürsə, o zaman enli şalvarından erməni pasportunu çıxaracaq və...”.

Deyim ki, bunu erməni saytları da təsdiqləməkdə elə də tərəddüd etmirlər. Onu da deyim ki, erməni olanda nolasıdı ki, düzünü yazırlar da...

Budur, Ermənistanın “hər erməniyə nəsib olmayan” pasportunu alıb və artıq enli şalvarının (deyim ki, mən onu salvarla heç təsəvvür edə bilmirəm-A.B.) yan cibinə qoyan Qalustyan erməniləri elə də nigaran qoymayaraq deyib ki: “Rahatlayın, mən Rusiyanı sevirəm və buradan getməyəcəyəm, bəziləri kimi, mənim burada çoxlu dostlarım, işlərim, müqavilələrim, tamaşaçılarım var, Rusiya mənim vətənim və təyinat yerimdir”.

Deyirəm, onda bəs, "şah əlinə düşməyən" Ermənistan pasportunun aqibəti necə olacaq, hıy..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə