Rusiya 5 yaralı hərbçini Ukraynaya təhvil verib

Rusiya 5 yaralı hərbçini Ukraynaya təhvil verib

Ukrayna Silahlı Qüvvələrinin 5 yaralı hərbçisi Ukraynaya təhvil verilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 3-də Rusiya Ombudsmanı Tatyana Moskalkova öz Telegram səhifəsində məlumat verib.

“Bu gün Ukrayna Silahlı Qüvvələrinin 5 yaralı hərbçisi Ukraynaya qaytarılıb. Biz bu istiqamətdə işimizi davam etdiririk”, - mesajda deyilir.

Qeyd edək ki, Moskalkova martın sonunda Ukrayna tərəfinin 5 ağır yaralı döyüşçünü Rusiyaya təhvil verdiyini də onu da xatırladıb. Ombudsmanın dediyinə görə, hazırda onların hamısı xəstəxanalarda müalicə olunurlar.

“Onlara tezliklə sağalmalarını arzulayıram və inanıram ki, onlar tezliklə doğmalarının eləcə də dostlarının yanına qayıdacaqlar, onları əsl qəhrəman kimi qarşılayacaqlar”, - deyə rusiyalı ombudsman əlavə edib.

Maraqlıdır ki, Kiyev hərbçilərinin köçürülməsindən danışarkən, söhbətin mübadilədən yox, “beynəlxalq humanitar hüquqda nəzərdə tutulduğu kimi” repatriasiyadan getdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə