"Döyüş hazırlığı yoxlanılarkən onlar müharibə rejiminə keçəcəklər"

"Döyüş hazırlığı yoxlanılarkən onlar müharibə rejiminə keçəcəklər"

Belarus Silahlı Qüvvələrinin birləşmələrindən birinin döyüş hazırlığının yoxlanılması onun müharibə dövrünə keçirilməsini təmin edir.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

Onun sözlərinə görə, yoxlama zamanı hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmətə çağırılması, silah-sursatla təchizatı, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün bölmənin poliqonlara buraxılması ilə bağlı kompleks tədbirlər həyata keçiriləcək.

“Yoxlama uzunmüddətli olacaq və müxtəlif poliqonlara və əraziyə təsir edəcək” –deyə dövlət katibi bildirib.

Onun Telegram kanalındakı sözlərini Belarus Respublikasının Müdafiə Nazirliyi sitat gətirir.

Eyni zamanda, Volfoviç döyüş hazırlığının yoxlanılmasının müstəsna olaraq planlaşdırıldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Belarusda ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılmasına başlanıldığı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə