Bazar ertəsi, aprelin 3-də Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının bəyanatına istinadla xəbər verir.
Məlumatda deyilir: “On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”.
Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB