Ruslar Xerson vilayətində ukraynalıların "evakuasiyası"na hazırlaşır
Rusiya işğalçıları Xerson vilayətinin müvəqqəti işğal olunmuş Skadovski rayonundan Ukrayna vətəndaşlarının “evakuasiyası”na hazırlaşır. Artıq “avtoritet” adlanan qurum müvafiq siyahıları tərtib etməyə başlayıb.
“Xerson vilayətinin Skadovski rayonunda Rusiyanın işğalçı hakimiyyət orqanları yerli sakinlər arasından Krıma və ya Rusiya Federasiyasının ərazisinə “evakuasiya” etməyə razılıq verən şəxslərin siyahılarını tərtib etməyə başlayıblar”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baş Qərargahdan bildiriblər.
Rusların verdiyi məlumata görə, guya könüllülük əsasında həyata keçiriləcək “evakuasiya” zamanı ruslar ilk növbədə qadın və uşaqları oradan çıxaracaqlar.
Ukrayna tərəfinin iddiasına görə, ruslar “evakuasiya” adı altında faktiki olaraq ukraynalıları Rusiya Federasiyasının ərazisinə deportasiya edirlər. Qeyri-qanuni deportasiya edilən ukraynalılar arasında minlərlə uşaq da var.
Müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, Ukrayna Rusiya Federasiyasından deportasiya edilmiş 4 mindən çox yetim uşağı geri qaytarmağı tələb edir. Reinteqrasiya Nazirliyinin məlumatına görə, Rusiya 19,5 mindən çox azyaşlı ukraynalını ölkədən çıxarıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB