Sankt-Peterburq kafesində baş verən partlayışla bağlı saxlanılan Darya Trepova Ukraynadan idarə olunurmuş?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu tədqiqatb aparan İstintaq Komitəsi bəyan edib.
Xatırladaq ki, partlayış aprelin 2-də Sankt-Peterburqun mərkəzindəki kafedə baş verib. Nəticədə Vladlen Tatarski təxəllüsü ilə tanınan hərbi müxbir Maksim Fomin dünyasını dəyişib.
Bundan başqa, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 10 nəfərin vəziyyəti isə ağır olaraq qalmaqdadır.
Qeyd edək ki, əvvəlcə iş ümumi təhlükəli şəkildə adam öldürmə maddəsi ilə başlansa da, sonradan Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə təsnifləşdirilib.
Və Dərya Trepova cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
“İstintaqda cinayətin planlaşdırılması və təşkilinin Ukrayna ərazisindən həyata keçirildiyinə dair sübutlar var. Eyni zamanda, müxalif fikirdə olan Daria Trepova Korrupsiyaya Qarşı Mübarizə Fondunun tərəfdarıdır”.
Bunu da İstintaq Komitəsi bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB