Cənubi Osetiya “xüsusi hərbi əməliyyat” sikkəsi buraxacaq

Cənubi Osetiya “xüsusi hərbi əməliyyat” sikkəsi buraxacaq

Cənubi Osetiyada Rusiyanın Ukraynaya hücumuna həsr olunmuş sikkə buraxmağa qərar verdilər.

SİA-nın əldə etdiyi məlumata görə, tanınmayan respublikanın prezidenti Alan Qaqloyev artıq bu məsələni Milli Bankın rəhbəri Janna Djioyeva ilə müzakirə edib.

Deyilənlərə görə, bank qondarma sikkənin eskizləri üzərində artıq işə başlayıb. Belə ki, “Xüsusi hərbi əməliyyat”a həsr olunmuş sikkə bu ilin fevralında artıq “xərclənəcək”.

“...Sikkənin bir neçə eskizləri hazırlanıb. Seçim etdikdən sonra sifariş verməyə davam edəcəyik. Eskizin süjeti və kompozisiyası Cənubi Osetiya xalqının Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatda dəstəyini, həmçinin xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün rus və osetin döyüşçülərinin birgə mübarizəsini əks etdirməlidir”.

Qeyd edək ki, bunu Milli Bankın rəhbəri Janna Djioyeva bildirib.

Maraqlıdır ki, Janna xanım buraxacaqları sikkəyə təkcə Cənubi Osetiyada deyil, həm də xaricdə böyük tələbat olacağına əmin olduğunu da bildirib.

“Mən təklif edirəm ki, 925 əyarlı gümüş sikkə selektiv zərli və emaye ilə zərb edilsin və ən azı 500 ədəd tirajla buraxılsın”. Bunu da Bank rəhbəri deyib.

Onu da qeyd edək ki, Qaqloyev sikkənin eskizləri ilə tanış olduqdan sonra bankın buraxılması nəticəsində əldə etdiyi pay mükafatının müharibədə iştirak edən döyüşçülərə yardıma yönəldilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə