...Fevral ayında ABŞ üzərində vurulan Çin şarı ABŞ hərbi bazaları haqqında məxfi məlumat toplayırmış.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə NBC TV şəbəkəsinin araşdırmasında deyilir.
Verilən məlumata görə, vurulan şarın avadanlığı hərbi texnikanın elektron siqnallarını və Amerika hərbçilərinin rabitəsini kəsə bilirmiş.
Və beləliklə, Çin kəşfiyyatı real vaxt rejimində məlumat ala bilirmiş.
TV şəbəkəsi üç yüksək rütbəli məmura istinadən iddia edirlər ki, hava şarı idarə oluna bilirmiş. Mənbələr bildiriblər ki, hərbi bazaların komandanlığı radioelektron avadanlıqların söndürülməsinə qədər hava şarının siqnalı kəsməsini çətinləşdirmək üçün tədbirlər görüb.
Balonda həmçinin daxili özünü məhv edən mexanizm də olub. Amma vurulan zaman onun niyə işləmədiyi məlum deyil, Ehtimal ki, nasazlıq olub və ya Çin operatoru qəsdən belə bir addım atmamaq qərarına gəlib.
Yeri gəlmişkən xatırladaq ki, Çin şarı ilk dəfə yanvarın 28-də Alyaska üzərində müşahidə edilmişdi.
Bir neçə gündən sonra o, artıq, xüsusən də Malstrom Hərbi Hava Qüvvələri bazasının və nüvə silahlarının yerləşdirildiyi Montana ştatında görünüb.
Fevralın 4-də isə şar, Atlantik okeanı sahillərində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Qeyd edtdiyimiz kimi, aparatın qalıqları tədqiq edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB