Finlandiya NATO-ya daxil olduğuna görə cavab verəcək?

Finlandiya NATO-ya daxil olduğuna görə cavab verəcək?

Rusiya Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq qərb və şimal-qərb istiqamətində hərbi potensialını gücləndirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Bundan əlavə, blokun digər üzvlərinin qüvvələri və aktivləri Finlandiyaya yerləşdirilərsə, Moskva ölkənin hərbi təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmalı olacaq.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin Finlandiyanın NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək qərarını təsdiqləyib.

Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq, Finlandiyanın artıq aprelin 4-dən etibarən alyansa qoşulacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə