Məhəmməd əl-Sudani Türkiyə ilə yeni strateji layihələrdən danışıb

Məhəmməd əl-Sudani Türkiyə ilə yeni strateji layihələrdən danışıb

İraqın Baş naziri Məhəmməd əl-Sudani Türkiyə ilə yeni strateji layihələrin yaxın zamanda həyata keçiriləcəyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İraqın Baş naziri Sudani Əl-Cəzirə televiziyasına müsahibəsində Türkiyə ilə əlaqələrə toxunaraq deyib:

"Qonşu Türkiye ilə müxtəlif tərəfdaşlıqlarımız və maraqlarımız var. Su və təhlükəsizlik baxımından bəzi problemlər var, lakin bu problemlərin həlli üçün ciddi imkanlarımız da var. Biz Türkiyənin İraqın su payını təmin etmək səylərinə görə minnətdarıq".

Türkiyə ilə iqtisadi əməkdaşlıq qurmaq istədiklərini ifadə edən İraq baş naziri "İkitərəfli əlaqələri gücləndirəcək yeni strateji layihələr yaxın zamanda reallaşaraq gün üzünə çıxacaq" deyib.

Sudani İraqın qonşu ölkələrə hücum meydanına çevrilməsinə icazə verməyəcəklərini və sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Türkiyə və İranla birgə komissiyalar üzərində işlədiklərini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə