NATO ölkələri Ukraynaya 65 milyard avroluq hərbi yardım edib. Bu barədə aprelin 3-də Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, baş katib, müasir tankların və zirehli transportyorların Ukraynaya gəlməyə başlamasını alqışlayıb.
“Biz Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və sovet silahlarından Qərb silahlarına keçid də daxil olmaqla, dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə edəcəyik. Mən nazirlərin Ukrayna üçün çoxillik proqramın hazırlanması üzrə işin başlanması ilə bağlı razılığa gələcəyini gözləyirəm”.
Qeyd edək ki, baş katib bunu aprelin 4-5-də blok ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.
Stoltenberqin sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi bundan sonra da uzunmüddətli olacaq.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət bundan əvvəl NATO ölkələrinin faktiki olaraq Kiyev rejiminin tərəfində vuruşduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB