PKK terror təşkilatının üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

PKK terror təşkilatının üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyənin Hakkari vilayəti Valiliyi terror təşkilatı PKK-ya mənsub 1 terrorçunun razılaşdırma işləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, valilikdən verilən açıqlamada bildirilib ki, Vilayət Polis İdarəsinin heyəti terror təşkilatı PKK/KCK-nın deşifrə edilməsi və fəaliyyətlərinin qarşısının alınması istiqamətində işləri davam etdirir.

Açıqlamada “Terror təşkilatı PKK/KCK-nın kişi üzvü və ailəsi ilə keçirilən görüşlər nəticəsində aprelin 1-də Habur sərhəd-keçid məntəqəsindən təslim olması təmin edilib və əyalətimizə gətirilərək ailəsi ilə görüşdürülüb və lazım olan ədliyyə prosesinə başlanılmışdır" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə