Sankt-Peterburqdakı partlayışa görə 1 nəfər saxlanıldı - YENİLƏNİB

Sankt-Peterburqdakı partlayışa görə 1 nəfər saxlanıldı - YENİLƏNİB

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı artıb. SİA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 32 nəfərə çatıb.

Xatırladaq ki, partlayış nəticəsində hərbi jurnalist Vladlen Tatarski həlak olub. Daha əvvəl yayılan məlumatda 25 nəfərin xəsarət aldığı bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə