400 milyon dollarlıq sərvətin sahibi

400 milyon dollarlıq sərvətin sahibi

Oskar mükafatlı ABŞ aktrisası Reese Vitherspoon keçən həftə ikinci əri, menecer Cim Totdan boşanacağını açıqlamışdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vitherspoon bu qərarında ona 400 milyon dollar sərvət qazandıran iş dünyasındakı konsentrasiyası təsir edib. Üç uşaq anası olan ulduz ABŞ-ın ən nüfuzlu işgüzar beyinləri arasındadır. 2021-ci ildə kino şirkətini 900 milyon dollara satan Reese Vitherspoonun karyera seçdiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə