Ukrayna öz yolunu bilir və bu yolla getməyə davam edəcək

Ukrayna öz yolunu bilir və bu yolla getməyə davam edəcək

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Sank-Peterburqda öldürülən Rusiya hərbi komandiri Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) ölümünə münasibət bildirib.

Onun fikrincə, əməkdaşların aradan götürülməsi Rusiyanı daxildən məhv edə biləcək dönməz proseslərə gətirib çıxaracaq.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

“...Rusiya Federasiyasında başlayır ... Hörümçəklər bir bankda bir-birini yeyirlər. "Daxili terrorizm nə vaxt daxili siyasi mübarizənin alətinə çevriləcək?” sualı vidalanmış ölkədə zaman məsələsidir deyən Podolyak, Twitter-də Rusiyada çətin günlərin başlaya biləcəyini yazıb.

Onun yazdığına görə, “...amma buna baxmayaraq, Ukrayna öz yolunu bilir və bu yolla getməyə davam edəcək”.

SİA-nın bir az əvvəl də xəbər verdiyi kimi, bu gün, aprelin 2-də Sankt-Peterburqda “Street Bar” kafesində baş verən partlayış nəticəsində Rusiyanın hərbi komissarı və təbliğatçısı Vladlen Tatarski (əsl adı Maksim Fomin) məhv edilib.

Qeyd edək ki, həmin vaxt orada Tatarskinin “yaradıcılıq gecəsi” keçirilirmiş.

Partlayışın mənbəyi, ehtimal ki, hansısa qızın ona hədiyyə etdiyi heykəlcik olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə