Hindistanın Madhya Pradeş əyalətinin İndor şəhərində məbəddə damı çökən quyuya düşərək ölənlərin sayı 36 oldu.
SİA bildirir ki, “Hindustan Times” qəzetinin xəbərinə görə, səlahiyyətlilər Ram Navami festivalı zamanı Beleşvar Mahadev Culelala (Beleshwar Mahadev Jhulelal) məbədində damı çökən köhnə böyük quyuya onlarla insan düşüb.
Quyunun dar və palçıqlı girişi səbəbindən çətinliklə həyata keçirilən xilasetmə işləri zamanı daha bir cəsəd tapılıb. Bununla quyuya düşərək həyatını itirənlərin sayının 36-ya yüksəlib ki, onlardan 4-ü uşaq, 20-si qadındır.
Rəsmilərin bildirdiyinə görə, quyuya düşənlərdən 16 nəfər xilas edilib.
Madhya Pradeş əyalətinin baş naziri Şivraj Sinqh Çuhan (Shivraj Singh Chouhan) yaralıların İndore əyalətindəki xəstəxanalarda müalicə olunduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB