Putin gələn həftə Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin gələn həftə Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya Təhlükəsizlik Şurasının geniş iclasını keçirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü, aprelin 2-də Moskvada Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalına danışarkən bildirib.

Moderator Rusiya liderinin mətbuat katibinə prezidentin iştirakı ilə Təhlükəsizlik Şurasının iclaslarının keçirilməsi planları barədə soruşub.

“Bəli. Təhlükəsizlik Şurası planlaşdırılıb”, - deyən Kreml sözçüsü, Təhlükəsizlik Şurasının mövzusunun daha sonra açıqlanacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl, dəqiq desək, martın 31-də Vladimir Putin Təhlükəsizlik Şurasının dar tərkibdə iclasını keçirib.

Onu da xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayaraq Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasının yeni variantını təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə