Hərbi komandir Vladlen Tatarski Sankt-Peterburqda öldürülüb

Hərbi komandir Vladlen Tatarski Sankt-Peterburqda öldürülüb

Bu gün Sankt-Peterburqun mərkəzində Universitetskaya sahilində yerləşən “Street Bar” kafesində partlayış baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partlayış nəticəsində “Donetsk Xalq Respublikası”ndan olan milis, yazıçı, hərbi komandir Vladlen Tatarski (Maksim Fomin) ölüb, daha 15 nəfər isə yaralanıb.

Xatırladaq ki, martın 27-də VKontakte-də “Kİber ​​​​Front Z” diskussiya klubunun səhifəsində Vladlen Tatarski ilə aprelin 2-də keçiriləcək görüşün elanı dərc olunubmuş.

“Belə bir peşə var - hərbi komandir” adlı tədbir çərçivəsində cənab Tatarski qaynar nöqtələrdən xəbər verəcəyini və hərbi komandir olmağın nə demək olduğunu izah edəcəyinə söz veribmiş, amma...

Təcili yardım xidmətlərinin məlumatına görə, kafedə partlayıcı qurğu işə düşüb.

“İlkin olaraq, partlayıcı qurğu səhnənin yaxınlığında işə düşüb”. Bunu da mənbə bildirib.

Partlayışdan sonra yanğının baş vermədiyi deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə