Novosibirskdə hərbi komissarlığı yandırmaqda şübhəli bilinən İlya Baburin dövlətə xəyanətdə ittiham olunub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 23 yaşlı İlya Baburin 2022-ci il sentyabrın sonunda saxlanılıb.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, hərbi komissarlığı yandırmağa cəhd edib. Daha sonra iş 15 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutan terror aktının təşkili maddəsi ilə açılıb.
...Və daha sonra ona ömürlük həbs cəzası nəzərdə tutan "terror fəaliyyətində iştirak" maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, martın 31-də müstəntiq Baburini ona qarşı daha bir cinayət işinin – “dövlətə xəyanət” cəhdi maddələri ilə başlanması qərarı ilə tanış edib.
Maraqlıdır ki, işdə yeni epizodlar yoxdur. Söhbət eyni iddia edilən hərbi komissarlığı yandırmaq cəhdindən gedir.
Belə ki, müstəntiqin qərarında bildirilir ki, Baburin “Azov” batalyonuna “kömək göstərmək” məqsədilə “terror aktının törədilməsini – hərbi komissarlığın binasının yandırılmasını təşkil edib”.
Yeri gəlmişkən, hərbi komissarlığın hipotetik şəkildə yandırılması ilə bağlı ilk dəfə olaraq dövlətə xəyanət işi qaldırılır.
Onu da qeyd edək ki, istintaqla razılaşmadan imtina edib, ittihamları rədd edən Baburin, istintaq təcridxanasında daim təzyiq və təzyiqlərə məruz qaldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB