...Ukrayna hakimiyyəti real işə başlamalı və müxtəlif adların dəyişdirilməsi ilə məşğul olmamalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov öz Telegram kanalında bildirib.
Azarov, ölkə hakimiyyətini onun aktual problemlərinə diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, neçə müddətdir ki, Kiyevdə metronun “Lev Tolstoy meydanı”nın adının dəyişdirilərək, ona “Ukrayna Qəhrəmanları Meydanı” adının verilməsi planlaşdırılır.
Maraqlıdır ki, Azarov bunu “axmaqlar üçün əyləncə” adlandırıb.
Bundan əvvəl Kiyevin Ukrayna şəhərlərini bürümüş ruslaşdırma kampaniyasının lideri olduğu bildirilirdi. 2022-ci ilin fevral ayının sonunda Rusiya xüsusi əməliyyatı başlayandan bəri Ukraynanın 33 şəhərində təxminən 2200 toponimin adı dəyişdirilib.
Qeyd edək ki, Kiyevdə 237 ad dəyişdirilib, ondan sonra 232 dəyişdirilmiş yer adı ilə Vinnitsa, üçüncü yerdə isə Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Krivı Roq 183 rus adının çıxarıldığı şəhərdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB