Bu gün ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrov və Blinken telefonla casusluqda şübhəli bilinərək həbs edilən amerikalı müxbir Evan Qerşkoviçin saxlanmasını müzakirə ediblər.
Bundan əlavə, onlar ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunublar.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xarici həmkarını Rusiya hakimiyyətinin qərarına hörmətlə yanaşmağa, jurnalistin işinə siyasi rəng geyindirməməyə və Qerşkoviçin gələcəyinin məhkəmə tərəfindən müəyyən ediləcəyi faktını qəbul etməyə çağırıb.
Xatırladaq ki, martın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Blinkenin Lavrovla əlaqə saxlamağı xahiş etdiyini bildiribmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB