Avropa Parlamentinin üzvü Viola fon Kramon hesab edir ki, Avropa Komissiyasının 12 tövsiyəsi tam yerinə yetirilməsə belə, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd statusu ala bilər.
Fon Kramonun sözlərinə görə, status konkret şərtlərlə verilə və Tbilisi onları yerinə yetirmədiyi təqdirdə fəaliyyətini dayandıra bilər.
…Qiymətləndirmə mərhələsinə keçənə qədər tövsiyələr tam yerinə yetirilməzsə, problemin öhdəsindən gəlməyin yolunu tapmalıyıq. Namizəd statusunun verilməsi üçün bəzi şərtlər irəli sürülə bilər, lakin bu tələblər yerinə yetirilməsə, biz namizəd statusunu dayandıra biləcəyik.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “SOVA” agentliyi bunu fon Kramondan sitat gətirib.
Avropalı parlamentari qeyd edib ki, 2024-cü il seçkiləri və onların hazırlıq dövrü bu prosesdə mühüm rol oynayacaq və Avropa İttifaqı bütün normalara riayət olunmasına nəzarət edəcək.
…Biz seçkilərə hazırlıq mərhələsinin, eləcə də seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçməsini təmin etməliyik. Bu, yekun xal baxımından ən vacib olacaq. Biz namizəd statusu verə bilərik, lakin Gürcüstan tələblərə cavab verməsə, namizəd statusu dayandırılacaq.
Qeyd edtdiyimiz kimi, fikirlər Viola fon Kramon məxsusdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB