ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “EP-3E” kəşfiyyat təyyarəsi İranın cənubunda hava sərhədlərini pozub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “İnterfaks” İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “EP-3E” təyyarəsi İranın ərazi suları üzərindən hava məkanına daxil olduqdan sonra hərəkətə tam hazır olan İran Hərbi Dəniz Qüvvələrinin komandirləri icazəsiz təyyarənin ekipajına xəbərdarlıq edib ki, belə hərəkətlərə yol verməsinlər”.
Bu İran Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
İranın “Tasnim” agentliyi hadisənin Oman körfəzi üzərində səmada baş verdiyini bildirib.
Agentliyin yazdığına görə, İran Hərbi Dəniz Qüvvələri Amerika təyyarəsinin sonrakı yolunu kəsdikdən sonra, amerika təyyarəsinin ekipajı İran tərəfinin xəbərdarlığına qulaq asaraq beynəlxalq hava məkanına qayıdıb.
Qeyd edək ki,“Tasnim” agentliyi İran ordusunun hava hücumundan müdafiə sisteminin inkişafındakı uğurları, xüsusən də 400 km-ə qədər məsafədə düşmənin kəşfiyyat təyyarəsinə qarşı elektron döyüşün tətbiqi barədə məlumat verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB