Şimali Koreyanın nüvə poliqonunda yüksək aktivlik qeydə alınıb

Şimali Koreyanın nüvə poliqonunda yüksək aktivlik qeydə alınıb

Bu arada Şimali Koreyanın əsas nüvə obyekti olan Yonbyondakı sınaq poliqonunda yüksək fəallıq qeydə alınıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “38 North” araşdırma layihəsi məlumat verir.

Analitiklər mart ayı peyk görüntülərini nəzərdən keçirərək belə qənaətə gəliblər ki, obyektdə yüngül su reaktorunun sınaqları başa çatmaq üzrədir.

Bundan əlavə, poliqonda yeni yardımçı bina tikilir. Martın 3-ü və 17-si peykdən çəkilmiş görüntülərə görə, oradakı reaktorun soyutma sistemindən də su buraxılıb. Mütəxəssislərin ehtimalına görə, bu, onun tezliklə iş vəziyyətinə keçdiyini göstərir.

Qeyd ki, bu gün, aprelin 2-də Koreya Mərkəzi Xəbər Agentliyi Pxenyanın nüvə silahına malik olduğunu xatırladıb. “Birləşmiş Ştatlar və onun peykləri məşğul olduqları dövlətin real nüvə zərbəsi imkanlarına malik olduğunu xatırlamalıdırlar”.

Bunu isə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi bəyanat kimi yayımlayıb.

Maraqlıdır ki, bəyanatla bağlı şərhlər ABŞ və Cənubi Koreyanın son hərbi təlimləri, eləcə də onların yeni təlimlərin keçirilməsi ilə bağlı səsləndirdikləri xəbərlər fonunda səslənir.

Xatırladaq ki, iki ölkə tarixində ən böyük manevrlər iyun ayında ABŞ-Cənubi Koreya alyansının 70 illiyinin qeyd olunması fonunda baş tutacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə