Türkiyənin milli müdafiə naziri Hulusi Akar son 3 ayda 340 terrorçunun zərərsizləşdirildiyini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda terrorla mübarizə ilə bağlı açıqlama verən H.Akar deyib: "Terrora qarşı mübarizə artan intensivliklə, templə, hücum ruhu və əzmlə davam edir. Biz 40 ildir ki, nəcib millətimizin başına gələn bu bəladan millətimizi xilas etməyə qadirik.
Mehmetçik son 3 ayda 340 terrorçunu zərərsizləşdirib. Terrorçuların arxasında kimlərin dayanmasından, silah, vertolyot, sursat və ya pul verməsindən asılı olmayaraq, onları zərərsizləşdirmək əzmindəyik. Terrorçu haradadırsa, bizim hədəfimiz oradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB