Bolqarıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.

SİA xəbər verir ki, 49-cu çağırış Xalq Məclisinə seçkilərə 14 siyasi partiya və 7 koalisiya qatılıb, 240 deputat mandatı uğrunda 4566 namizəd mübarizə aparır.

Ölkə üzrə 12 minə yaxın, dünyadakı 61 ölkədə isə 737 seçki məntəqəsi fəaliyyət göstərir. Ölkədə səsvermə hüququna malik 6,6 milyon insan var.

Seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanacaq və seçkinin ilkin nəticələri də həmin vaxt məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə