Volker Türk: ''İndiyədək Ukraynada 8 400 mülki vətəndaş ölüb''

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Ukraynada davam edən müharibə nəticəsində 8 400 mülki vətəndaşın öldüyünü, 14 mindən çox mülki vətəndaşın də yaralandığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Volker Türk BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında Ukraynadakı vəziyyəti qiymətləndirib.

Rusiyanın Ukraynaya elan etdiyi müharibədə insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının şok edici bir rutinə çevrildiyini ifadə edən Volker Türk 2022-ci ilin fevralından bu yana davam edən müharibə ilə bağlı məlumatları paylaşıb.

Volker Türk deyib:''İndiyədək 8 400 mülki vətəndaş həyatını itirib,14 mindən çox mülki vətəndaş da yaralanıb. Bu rəqəmlər aysberqin görünən hissəsidir".

Volker Türk bildirib ki, yaşananlar təxminən 1,6 milyard insanın həyatına zərər verir və bir çox ölkədə sabitliyi təhdid etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə