Kim Çen İnin bacısı Zelenskinin “əməlini” ölümcül səhv adlandırıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə qarşıdurmada ölkəsini riskə atır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Ye Conq deyib.

“Zelenski öz siyasi ambisiyalarının təsiri altında nüvə silahına sahib olmaq istəyi ilə ölkəsini riskə atır”.

Qeyd edək ki, bunu “Reuters” Kim Çen İnin bacısından sitat gətirib.

Kim Ye-Conqun sözlərinə görə, Zelenski ABŞ-ın nüvə çətirinin “Ukraynanı Rusiyadan xilas edəcəyinə” ümid etməklə böyük səhv edir.

Xatırladaq ki, bu ilin yanvarında Kim Ye-Conq, Şimali Koreyanın həmişə Rusiya ilə “eyni səngərdə dayanacağını” bildirmişdi.

Bundan əlavə, ABŞ-ın Ukraynaya göndərdiyi tanklara diqqət çəkən və Vaçinqtonun bu əməlini “iyrənc addım” adlandıran Şimali Koreya liderinin bacısı, “Rusiyanın qəhrəman ordusunun qüdrəti qarşısında bu tankların yanıb metal qırıntısına çevriləcəyini” bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə