Batumidə "Birgə - Avropaya" şüarı altında aksiya keçirilir

Bu arada Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Batumidə “Birgə – Avropaya” şüarı ilə etiraz aksiyası keçirir.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, “Vahid Milli Hərəkat”ı tərəfdarları Acarıstan Muxtar Respublikasının hökumət binası qarşısına toplaşıblar.

Verilən məlumatlara görə, partiya liderləri onları aprelin 9-da Tbilisinin mərkəzi prospektində keçiriləcək Avropaya inteqrasiyaya dəstək aksiyasına çıxmağa çağırıblar.

Qeyd edək ki, etirazçıların hakimiyyətdən əsas tələbi Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüyünə namizəd statusu alması üçün zəruri olan 12 tövsiyəsini yerinə yetirməkdir.

Onlar həmçinin siyasi məhbusların - üçüncü prezident Mixail Saakaşvili və “Mtavari Arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın azad edilməsini tələb edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə