Quraqlıq və iqlim dəyişikliklərinin yaşandığı İraqda yazın gəlməsi ilə qum fırtınası baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqın qərbində Ənbar vilayətində başlayan qum fırtınası ölkənin mərkəzi bölgələrinə doğru irəlilədiyi üçün Səhiyyə Nazirliyi təşvişə düşüb. Ənbar vilayətini vuran qum fırtınası ölkənin paytaxtı Bağdada doğru irəliləməyə başlayıb. İraq Meteorologiya Müdirliyi, güclü küləklərin təsiri ilə meydana gələn qum fırtınasının ölkənin qərb, şimal və mərkəzi seqmentlərini təsir etdiyini açıqlayıb və sözügedən fırtınanın sabahdan etibarən ölkənin cənubunda təsirli olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə