Finlandiya ordusu vegetarianları və veqanları elit qoşunlara buraxmır​

Finlandiya ordusu sərhəd xəttində xidmət edən elit qoşunlara vegetarian və veqan əsgərləri cəlb etmədiyi məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, laktoza həssaslığı və çölyak xəstəliyi olan əsgərlərdən tutmuş, öz qərarları ilə xüsusi pəhriz saxlayan veqan və vegetarian əsgərlərə qədər geniş təbəqə Finlandiya Silahlı Qüvvələrinin pəhriz qaydaları ilə bağlı tətbiq etdiyi təcrübələrdən təsirlənir.

Ordu mənbələri, qidalanma təlimatlarının qoşunların daxil ola biləcəyi vəziyyətlərin tələb etdiyi fiziki qabiliyyəti ilə yaradıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə