ABŞ-da texnologiya şirkətlərinin yerləşdiyi Silikon Vadisində süni intellekt ucbatından vətəndaş müharibəsi başlayıb. "Tesla" və "Tvitter" rəhbəri İlon Maskın da olduğu min texnologiya sektoru rəhbəri dərc etdikləri məktubda süni intellektin təhlükəsinə diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu qrupa görə nüvə silahları kimi süni intellekt üçün qanuni təhlükəsizlik tədbirləri görülməli və nəzarət tətbiq edilməlidir. Əks halda, süni intellekt kiberhücum silahına çevrilə bilər. Bu riskin qarşısını almaq üçün süni intellektin inkişafı ən azı 6 ay dayandırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə