Finlandiya türkcə təşəkkür etdi

Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında təsdiqlənərkən, Finlandiya Xarici İşlər Nazirliyi sosial mediada türkcə təşəkkür mesajı paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi “Twitter” hesabında “Təşəkkür edirəm!” deyə paylaşım edib: “Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi ilə bağlı qərara görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”. Eyni zamanda Xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə telefon danışığı apardığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə