Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 21 nəfər ölüb. 31 nəfər xəsarət alıb, azı 72 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə EFE agentliyi xilasedicilərə istinadla məlumat yayıb. Daha əvvəl 17 nəfərin öldüyü bildirilirdi.
Martın 27-nə keçən gecə baş verən torpaq sürüşməsi nəticəsində yaşayış binaları uçub. Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB