Kanada polisi Sent-Lourens çayının sahilindəki bataqlıqda bir uşaq da daxil olmaqla altı nəfərin meyitini tapıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mövcud məlumata görə, itkin düşən şəxslər barədə polisə məlumat verildikdən sonra, meyitlər hava kəşfiyyatı zamanı Sahil Mühafizəsi tərəfindən aşkar edilib.
Ölənlər Kvebek əyalətinə aid ərazidə tapılıblar. Onların kimlikləri müəyyənləşdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, hadisə ilə bağlı yerli əhali üçün heç bir təhlükə görmürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB