Çin nüvə silahının yerləşdirilməməsinin tərəfdarıdır

Çin nüvə silahının yerləşdirilməməsinin tərəfdarıdır

Çin heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıdır, həmçinin başqa ölkələrdə artıq yerləşdirilmiş nüvə silahlarının geri çəkilməsinə çağırır. SİA xəbər verir ki, bunu cümə günü Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Biz, nüvə mübadiləsi sazişlərinin ləğvinin də tərəfdarıyıq, hər hansı nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsini istəyirik", - diplomat deyib.

Onun sözlərinə görə, qlobal sabitliyin qorunmasına zəmanət vermək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə