Pakistanın izdihamda 11 nəfər həyatını itirib

Pakistanın izdihamda 11 nəfər həyatını itirib

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb. SİA yerli mətbuata istinadən xəbər verir ki, izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə