Budur, Rusiyada xarici agentlər siyahısı “şişməkdə” davam edir. Belə ki, Rusiya Ədliyyə Nazirliyi cümə günü musiqiçi Maksim Pokrovskini, Novosibirsk şəhər şurasının deputatı Sergey Boykonu, Kareliya Jurnalistlər Birliyinin rəhbəri Georgi Çentemirovu, həmçinin üç təşkilat – “Sosial Texnologiyalar İstixanası”, “Real Rusiya və Heteroseksuallar” eləcə də “LGBT Bərabərlik Alyansı”nı xarici agentlər kimi tanıyıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya Maksim Pokrovski və onun “Nogu svelo!” rok-qrupu dəfələrlə Ukrayna müharibəsinə qarşı çıxıb, müharibə əleyhinə mahnılar yazaraq ifa ediblər.
Onlar Ədliyyə Nazirliyinin sənədlərində qeyd olunan Ukraynaya dəstək üçün vəsaitin yığılmasında da iştirak ediblər.
Qeyd edək ki, yenə də rus saytlarının yazdığına inansaq, guya Georgi Çentemirov da müharibənin əleyhinə olub.
Rusiya Federasiyası Ədliyyə Nazirliyinə görə, Sergey Boyko isə Vətənə xidmət ideyasını gözdən salmaqla, sadə xalqı mitinqlərdə iştirak etməyə çağırıb.
“Sosial Texnologiyaların İstixanası” layihəsi xarici agentlərin yaratdığı materialları yayaraq Rusiya ordusunu gözdən salıb.
“Bərabərlik naminə Heteroseksuallar” və “LGBT Bərabərlik Alyansı” ictimai birliyi isə ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini qorumaq və gücləndirmək üçün dövlət siyasətinə zidd olan LGBT münasibətlərini təşviq etmək üçün fəaliyyətlər həyata keçiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB