Putin Rusiyanın xarici siyasəti konsepsiyasının yeni variantını təsdiqləyib

Putin Rusiyanın xarici siyasəti konsepsiyasının yeni variantını təsdiqləyib

Bu arada Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayaraq Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasının yeni variantını təsdiqləyib.

“Beynəlxalq həyatda baş verən köklü dəyişikliklər bizdən əsas strateji planlaşdırma sənədlərinə, o cümlədən diplomatik fəaliyyətin prinsiplərini, vəzifələrini və prioritetlərini əks etdirən Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyasına ciddi düzəlişlər etməyi tələb etdi. Bu gün mən Rusiya Federasiyasının xarici siyasətinin yenilənmiş konsepsiyasını təsdiq edən fərman imzaladım”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti bunu Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.

Putin qeyd edib ki, yeni sənəd Xarici İşlər Nazirliyi tərəfindən prezident administrasiyası, Təhlükəsizlik Şurasının aparatı, hökumət və digər nazirliklərlə razılaşdırılaraq hazırlanıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Konsepsiyanın məntiqi Donbasın qorunması üçün xüsusi hərbi əməliyyatın başlanması ilə sürətlənən dəyişən geosiyasi reallıqları əks etdirir.

Onun sözlərinə görə, sənəd Rusiyaya qarşı qeyri-dost hərəkətlərə cavab olaraq simmetrik və asimmetrik tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutur.

Qeyd edək ki, Konsepsiyanın əvvəlki variantı 2016-cı ilin noyabrında qəbul edilib və son on bir neçə ildə onun yenilənməsi üzrə işlər aparılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə