Çin Ukraynadakı münaqişənin gedişatını dəyişə bilər?

Çin Ukraynadakı münaqişənin gedişatını dəyişə bilər?

Çin “dərhal və radikal” təsir göstərməklə Ukraynadakı münaqişənin gedişatını dəyişdirmək iqtidarında olan yeganə gücdür.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Yelisey sarayı “France-Presse”ə istinadən bildirir.

Nəşr öyrənib ki, Fransa prezidenti Emmanuel Makron Çinə gözlənilən səfəri zamanı Pekini Rusiyaya hərbi dəstək verməklə bağlı zərərli qərara qarşı xəbərdarlıq etmək niyyətindədir.

“Çin bu “ölümcül qərarı” qəbul edərsə, bu, münaqişənin gedişatına mühüm strateji təsir göstərəcək”.

Bu, Yelisey Sarayından bildirilib.

Mənbələrin bildirdiyinə görə, Makron Ukraynanın mülki əhalisinə dəstək vermək üçün Pekinlə danışıqlar aparmaq, həmçinin münaqişənin qısa müddətdə həlli üçün yol tapmaq istəyir.

Xatırladaq ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Avropanı Ukrayna üzrə sülh danışıqlarının dəstəklənməsində rol oynamağa çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə