Danimarka səfirinə bir daha bunun qəbuledilməz olduğu bildirilib

Danimarka səfirinə bir daha bunun qəbuledilməz olduğu bildirilib

Danimarkanın Türkiyədəki səfiri bu gün Kopenhagendə təcavüzkarların Quran və Türkiyə bayrağını təhqir etdiyi növbəti aksiyaya görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə nazirliyi Danimarka rəsmilərinin icazəsi ilə nifrət cinayətini bir daha kəskin şəkildə pisləyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl, martın 24-də Danimarkada müqəddəs “Qurani-Kərim” və türk bayrağı murdar edilib. Məsələ bundadır ki, həmin hadisə, bu gün martın 31-də yenə də təkrar edilib.

Xarici İşlər Nazirliyi belə bir dəhşətli hərəkətin, hətta söz azadlığı zəminində olsa belə, qətiyyən yolverilməz olduğunu vurğulayıb: “Buna heç nə ilə haqq qazandırmaq olmaz”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Danimarka səfirinə Türkiyənin bu iyrənc hücumu qətiyyətlə pisləyib və etiraz etdiyi bildirilib.

Ankara Danimarka rəhbərliyini cinayətkarları məsuliyyətə cəlb etməyə və gələcəkdə bunun qarşısını almağa çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə