Bu arada Aleksandr Lukaşenko Belarusda məhkum olunmuş jurnalist Andrey Poçzobutun Pavel Latuşko və komandası ilə dəyişdirilməsinin əleyhinə olmadığını bildirib.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu martın 31-də dövlət başçısı xalqa və parlamentə müraciətindən sonra sualları cavablandırarkən deyib.
Qeyd edək ki, Lukaşenkodan Polşanın sərhəddəki Bobrovniki keçid məntəqəsində hərəkəti bərpa edəcəyi təqdirdə Poçzobutun şərtlərlə dəyişdirilməsi variantının mümkün olub-olmadığı soruşulub.
Belarus rəhbəri bunun cavabında “sərhədin bir parçası insana dəyişilmir” –deyə bildirib.
“Əgər onlar Poçzobutu nəyəsə dəyişmək istəyirlərsə, deməli, Polşada bizim “cahillərimiz” var (təbii ki, Lukaşenko burada müxalifətçi Pavel Latuşkonu nəzərdə tutur-A.B.). Amma mən heç vaxt “lohuşka”nı bir-bir dəyişməyə razı olmaram. Burada müxalifətin bütün qrupu olmalıdır”. – deyə Lukaşenko bildirib.
SİA-nın əlavəsi: Xatırladaq ki, ötən il fevralın 8-də Qrodno vilayət məhkəməsi Polşa Respublikasının Poloniya beynəlxalq ictimai televiziya kanalının jurnalisti Andrey Poçzobutu 8 illik həbsə göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB