Kurskun kəndləri atəşə tutulub

Kurskun kəndləri atəşə tutulub

Kursk vilayətinin 3 kəndi Ukrayna qüvvələri tərəfindən atəşə tutulub. SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Kurskun qubernatoru Roman Starovoit öz Teleqramında yayıb.

Onun dediyinə görə, Kursk vilayətinin iki rayonu Qluşkovski və Korenevski ukraynalıların atəşinə məruz qalıb. Atışma nəticəsində rayon rəhbərinin dediyi kimi, xəsarət alan olmayıb.

Starovoit, Korenevski rayonunda Qordeevka kəndinin elektrik xəttinin zədələnməsi səbəbindən kəndin enerjisiz qaldığını da bildirib. O, elektrik montyorlarından ibarət qəza qruplarının hazırda elektrik enerjisinin verilişinin bərpası ilə məşğul olduqlarını bildirib.

Qubernator, əyalətin Qluşkovski rayonunun Tetkino kəndinə də beş mərmi atıldığını bildirib. Onun sözlərinə görə, bütün mərmilər kəndin kənarında partlayıb. Krasnooktyabrski kəndində mərminin düşməsi nəticəsində isə şəxsi qaraj tamamilə dağılıb.

Roman Starovoit mütəxəssislərin hələ də hadisə yerində olduqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə