“Qaçanlara da “aman” verdik”

Ruslar Donbassda Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən “Fransız legionu”nu məhv etdiklərini deyirlər
“Qaçanlara da “aman” verdik”

Bu arada ruslar Donbassda cəbhənin Kremenski sektorunda Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Fransa Xarici Legionunun bir qrup əcnəbi muzdlusunu məhv etdiklərini deyirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu cəbhənin bu istiqamətində tapşırıqları yerinə yetirən ruslar bildiriblər.

Rusiya hərbçilərinin qeyd etdiyi kimi, bir qrup fransız muzdlularının ləğvi təxminən bir ay əvvəl baş verib. Bu "legionun" döyüşçülərindən bəziləri qaça bilsə də, əksəriyyəti öldürülüb. Rus ordusunun əsgərinin dediyinə görə, bütün muzdlular yaxşı təlim keçibmişlər.

Bura əsasən yaxşı təlim keçmiş muzdlu əsgərlər göndərdiklərini deyən rus döyüşçü, döyüşlərdə təcrübəsiz, naşı olsa da, lakin muzdluların öhdəsindən gəldiklərini də bildirib.

“Təxminən bir ay əvvəl idi - bizim bölük onlarla qarşılaşdı, amma biz onları məğlub etdik. Qaçanlara da “aman” verdik”.

Qeyd edək ki, bunu rus saytlarına rus əsgəri danışıb. Onun dediyinə görə, məhv etdikləri fransız legionunda az da olsa ukraynalı döyüşçülər də olub. Amma fransızlarla müqayisədə çox az...

Rus əsgəri daha sonra Kremennaya yaxınlığında əcnəbi muzdluların, o cümlədən fransızların Ukrayna Silahlı Qüvvələrində təlimatçı kimi çıxış etməklə yanaşı, həm də Rusiya ordusuna qarşı birbaşa döyüşən hücum-diversiya dəstələrini təşkil etdiklərini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə