Tbilisinin mərkəzindəki məşhur “Ambassador” oteli yanır

Tbilisinin mərkəzindəki məşhur “Ambassador” oteli yanır

Martın 31-də axşam saatlarında Tbilisinin mərkəzindəki, Şavteli küçəsində yerləşən məşhur “Ambassador” otelində yanğın baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxtı qara güclü tüstü bürüyüb.

Yanğını söndürmək üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və təcili-tibbi yardım briqadaları cəlb olunub.

Oteldəki insanlar təxliyə olunur.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə