Hindistandakı məbəddə ölənlərin sayı artmaqdadır

Hindistandakı məbəddə ölənlərin sayı artmaqdadır

Hindistanın Madhya-Pradeş əyalətinin İndor şəhərində məbədin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb, 16 nəfər isə yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, səlahiyyətlilər hadisənin Ram Navami Festivalı zamanı Beleşvar Mahadev Jhulelal məbədindəki köhnə böyük quyunun (bavdi) dam örtüyünün uçması nəticəsində baş verdiyini bildirdi.
Xilasetmə əməliyyatlarının çətinliklə də olsa davam etdiyini qeyd edən səlahiyyətlilər ordunun qapalı qalan insanların çıxarılması üçün böyük səylər göstərdiyini bildiriblər.
Bölgə rəsmisi İlayarasa T. deyib:"İndiyədək 35 cəsədi çıxarmışıq, xilasetmə əməliyyatı hələ də davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə